Вернуться назад Распечатать

Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Ukrayna BMT Təhlükəsizlik Şurasından təcili iclas keçirməyi xahiş edib.

1xeber.media xəbər verir ki, bu barədə avqustun 28-də TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Görüşün gündəliyi “Ukraynada sülhün və təhlükəsizliyin təmin edilməsi” kimi göstərilib”, - agentliyin mənbəsi bildirib.

Ukrayna görüş tələbini Kiyevə iddia edilən zərbələrlə izah edib. Mənbə görüşün tarixini açıqlamayıb.