Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzvlük müqabilində Ukrayna itirdiyi ərazilərini geri qaytarmadan ölkədəki münaqişəyə son qoymağı təklif edib.
Bu barədə o, "Sky" telekanalına müsahibəsində deyib.
“Müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, nəzarətimiz altında olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq”, - deyə Zelenski bildirib.
Onun fikrincə, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə ərazilərin “diplomatik yolla” qaytarılması ilə bağlı razılığa gəlməyə kömək edəcək.