“Biz Rusiyadan qaz idxalına təsir edəcək istənilən qərarın əleyhinəyik. Biz deyirik ki, bu sanksiyalar Türkiyə iqtisadiyyatına zərər verəcək”.
1xeber.media Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji naziri Alparslan Bayraktar bəyan edib.
Onun sözlərinə görə, Rusiya Türkiyənin etibarlı qaz tərəfdaşıdır və təbii qazın idxalında heç bir fasilə olmamalıdır:
“Bizim iqtisadiyyatımız üçün böyük miqdarda enerji lazımdır. Hətta ən çətin siyasi dövrlərdə də Rusiya etibarlı təchizatçı və təhlükəsiz bazar olub. Bu səbəbdən biz bu axına təsir edə biləcək hər şeyə qarşıyıq”.