Вернуться назад Распечатать

Qəzza ABŞ-a 10 illik deyil, 50 illik verilməlidir

Qəzza ABŞ-a 10 il deyil, 50 il müddətinə icarəyə verilsə, daha yaxşı olardı.

1xeber.media xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Qəzzanın 10 il müddətinə ABŞ-ın idarəçiliyinə verilməsi ideyası haqda danışarkən deyib.

“Qəzza ABŞ-ın idarəçiliyinə verilsə, yaxşı olardı, çünki ABŞ orda insan hüquq və azadlıqlarına hörmət edilən sivil bir dövlət idarəetməsi qura bilərdi, həm də yalnız Qəzzada yox, bütövlükdə tanınacaq Fələstin dövlətində. Amma 10 il azdır. Bunun üçün ən azı 50 il lazımdır. Əfqanıstan təcrübəsi göstərdi ki, hətta 20 il də normal fəaliyyət göstərən dövlət institutları qurmaq üçün yetərli deyil”, - o bildirib.