Вернуться назад Распечатать

Yüz ilin ən böyük işğal təhlükəsi ilə üzləşmişik - Maduro

Venesuela son 100 ildə ABŞ-ın ən böyük işğal təhlükəsi ilə üzləşib.

1xeber.media xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro deyib.

"Venesuela qitəmizin son 100 ildə üzləşdiyi ən böyük təhlükə ilə üz-üzədir. 1200 raketi olan səkkiz hərbi gəmi və bir nüvə sualtı qayığı ölkəmizi hədəfə alıb", - dövlət başçısı mətbuat konfransında bildirib.

Prezident vurğulayıb ki, maksimum hərbi təzyiq şəraitində Venesuela müdafiəyə maksimum hazır olduğunu bəyan edib.