Вернуться назад Распечатать

Aİ liderləri ilə danışıqlar Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcəyini göstərdi

Avropa liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında anti-Rusiya sanksiyaları ilə bağlı mövqe fərqləri səbəbindən gərgin telefon danışığı olub.

1xeber.media xəbər verir ki, bu barədə sentyabrın 4-də “Bild” qəzeti məlumat yayıb.

“Cümə axşamı prezident Trampla Almaniya kansleri Fridrix Merz də daxil olmaqla, Avropa dövlət və hökumət başçıları arasında gərgin telefon danışığı olub”, - nəşr yazır.

Nəşrin mənbələri bildiriblər ki, bu söhbətə baxmayaraq, Avropa ölkələri Trampın Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı qərar verəcəyini gözləmir. Avropa tərəfi sanksiyalar məsələsi ilə məşğul olacaq işçi qrupunun yaradılması üçün 48 saat ərzində öz nümayəndələrini Vaşinqtona göndərməyi təklif edib.