Avropa Ukraynadan beş milyona qədər qaçqın axını ilə üzləşib.
Ukraynada qışda işıq və istiliklə bağlı mümkün problemlər səbəbindən Avropaya beş milyona yaxın ukraynalı qaçqının axını gözlənilir.
1xeber.media xəbər verir ki, bu barədə Times qəzeti məlumat yayıb.“Rusiya Silahlı Qüvvələrinin zərbələri nəticəsində istilik və elektrik şəbəkələri sıradan çıxsa, Qərb rəsmiləri beş milyona qədər qaçqın gözləyirlər”, - materialda deyilir.
“The Times” yazır ki, Rusiya Federasiyası Silahlı Qüvvələri cəbhəni yarıb keçərsə, qaçqınların sayı xeyli artacaq.