Вернуться назад Распечатать

Çindən Azərbaycana yola düşən qatar Bakıya çatdı

 Çindən Azərbaycana Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə yola düşən qatar Bakıya çatıb.

1xeber.media xəbər verir ki, bu dəhlizdən keçən 237-ci qatar Çinin Yivu şəhərindən yola düşmüşdü.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb.

TBNM üzrə Yivu–Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.