1xeber.media xəbər verir ki, bunu  jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O, əmin edib ki, Ermənistan bütün ölkələrlə qardaş ölkə kimi yanaşır.

"Bilmirəm, onlar (Rusiya – red.) bizə qarşı eyni münasibətdədir, ya yox”, - Simonyan qeyd edib.

Həmçinin Simonyan əlavə edib ki,  Ermənistanın baş naziri Nikol Paşinyan yaxın günlərdə Rusiyaya səfər edəcək. Səfər zamanı o, Rusiya lideri Vladimir Putinlə görüşəcək.