Macarıstanın xarici işlər naziri Peter Siyarto iki ölkə arasındakı münasibətlərin son 10 ildə pisləşməsinə görə Ukraynanı günahlandırıb.
1xeber.media xəbər verir ki, bu barədə nazir özü danışıb.
“Münasibətlərin bu səviyyəyə çatmasında tam məsuliyyət Kiyevin üzərindədir. Macarıstan bütün qonşu ölkələrlə, o cümlədən Ukrayna ilə yaxşı münasibətlərdə maraqlıdır. Ümid edirəm ki, Macarıstan-Ukrayna münasibətləri növbəti on ildə əvvəlkindən daha yaxşı olacaq”, - Siyarto bildirib.