Müasir Qərbin hava hücumundan müdafiəsi, o cümlədən NATO təyyarələrinin Ukrayna üzərindəki hava məkanında birbaşa hərəkətləri onun effektiv müdafiəsini təmin edə bilməyəcək.
1xeber.media xəbər veriri ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“İki il əvvəl təklif etdiyimiz - təyyarələrlə dronları vurmaq - artıq işləməyəcək. Bu, element kimi lazımdır. O, Ukraynanın qərb hissəsi və Polşa üzərində qalxanı gücləndirəcək bir elementdir. Bu, kifayət eləmir. “Patriot” kimi sistemlərdən və ya 1 milyon dollarlıq təyyarə raketlərindən istifadə etmək doğru yol deyil”, - o bildirib.