Вернуться назад Распечатать

Trampın öldürülən tərəfdaşı Azadlıq Medalı ilə təltif ediləcək

Dünən qətlə yetirilən ictimai-siyasi xadim Çarli Kirk ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif ediləcək.

1xeber.media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədə qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın yaxın silahdaşı, mühafizəkar xadim Çarli Kirk sentyabrın 10-da Yuta Vadisi Universitetində (Utah Valley University) çıxışı zamanı boynundan aldığı güllə yarasından ölüb.