Вернуться назад Распечатать

Madriddə barda partlayış: ən azı 25 yaralı var...

İspaniyanın paytaxtı Madriddə barda partlayış baş verib, azı 25 nəfər xəsarət alıb.

1xeber.media xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Məlumata görə, hazırda 21-25 nəfərin xəsarət aldığı bildirilir. Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Hadisə yerində yanğınsöndürənlər işləyir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Ehtimal edilir ki, partlayışa səbəb qaz sızması olub.