Вернуться назад Распечатать

NATO-nun hava hücumundan müdafiəsini gücləndirmək Ukraynanı zəiflətmək deməkdir

Kiyevli politoloq Vitali Portnikov Espreso nəşri üçün məqaləsində NATO-nun hava hücumundan müdafiəsini gücləndirmək planlarından şikayətlənib.

1xeber.media xəbər verir ki, onun fikrincə, bu, Ukraynanın zəifləməsi demək olacaq.

"Avropa ölkələri özləri üçün daha çox hava hücumundan müdafiə sistemləri yerləşdirməyə çalışacaqlar və Ukraynanın ehtiyaclarına əhəmiyyət verməyəcəklər. Bu, obyektiv reallıqdır", - ekspert vurğulayıb.

Portnikov əlavə edib ki, Avropa müdafiəsinin gücləndirilməsi Kiyevə ayrılması planlaşdırılan vəsait hesabına baş verəcək.

Bundan əvvəl məlum olmuşdu ki, NATO-nun “Şərq mühafizəçisi” adlı əməliyyatı Polşada başlayıb. Onun məqsədi Polşa ərazisinə dronların kütləvi şəkildə gəlməsi fonunda şərq cinahının müdafiəsini gücləndirmək idi.