Вернуться назад Распечатать

Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

Can Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad olunmasının ildönümünü ürəkdən təbrik edirəm.

 
1xeber.media  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X” paylaşımında bildirib.
"Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşanın və bütün qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına salam və sevgilərimi çatdırıram”, - Türkiyə lideri vurğulayıb.