Вернуться назад Распечатать

Havaya qalxan təyyarənin təkəri düşdü

Hindistanın "SpiceJet" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan dərhal sonra təkərlərdən biri düşüb.

1xeber.media xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb. 

Kandla şəhərindən Mumbaya uçan göyərtəsində 75 sərnişinin olduğu təyyarənin arxa sağ təkərinin uçuş-enmə zolağına düşdüyü bildirilir. Onu hava limanının əməkdaşları aşkar ediblər.

Təyyarə üçün fövqəladə vəziyyət elan edilib, lakin pilotlar insidentə rəğmən uçuşlarını davam etdirib və təhlükəsiz şəkildə təyinat hava limanına eniblər.