Avropa İttifaqı (Aİ) və ABŞ-ın siyasi dairələrində Ukrayna ilə bağlı yorğunluq artmaqdadır ki, bu da Kiyev üçün pis xəbərdir.
1xeber.media xəbər verir ki, bu sözləri Ali Radanın deputatı Dmitri Razumkov “Time” jurnalı üçün yazdığı məqalədə deyib.
"Müttəfiq dövlətlərimizin həm ABŞ, həm də Avropadakı siyasi dairələrində müəyyən "Ukrayna ilə yorğunluq" və sülh səylərinin nəticəsiz olması barədə danışıq getdikcə artır. Bu, Ukrayna və Ukrayna xalqı üçün çox pis xəbərdir", - o yazıb.