1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskvanın qanuni təhlükəsizlik maraqları təmin olunarsa, Rusiya Ukraynada nizamlanma üzrə kompromislər axtarmağa hazırdır.
Lavrov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin davamlı razılaşmalar üçün kompromislərin vacibliyini dəfələrlə vurğulayıb.
"Biz onları axtarmağa hazırıq, bir şərtlə ki, bizim qanuni təhlükəsizlik maraqlarımız, Ukraynadakı rus xalqının qanuni maraqları təmin olunsun, necə ki, belə bir razılaşmanın digər tərəflərinin qanuni maraqları təmin edilsin", - TASS onun sözlərindən sitat gətirib.