Rusiyaya məxsus MiQ-31 təyyarələri Estoniya hava məkanını pozub.
1xeber.media xəbər verir ki, bu barədə Estoniya mediasında məlumat yayılıb.
Məlumata görə, təyyarələr icazəsiz olaraq Vayndloo adası yaxınlığında Estoniyanın hava məkanına daxil olub və orada təxminən 12 dəqiqə qalıb.
Uçuş zamanı transponderlər söndürülüb, həmçinin Estoniyanın aviadispetçerləri ilə ikitərəfli radio əlaqəsi olmayıb.
***
Polşanın sərhəd xidməti Rusiyanın iki hərbi təyyarəsinin Baltik dənizindəki “Petrobaltik” adlı qazma platformasının təhlükəsizlik zonasına daxil olaraq aşağı hündürlükdə uçuş həyata keçirdiyini açıqlayıb.
Məlumatda təyyarələrin uçuşu nəticəsində platformanın təhlükəsizlik zonasının pozulması barədə Polşa Silahlı Qüvvələrinin məlumatlandırıldığı qeyd olunub.
Polşa rəsmiləri ölkənin təhlükəsizlik orqanlarının kritik dəniz infrastrukturunda, hətta Polşa ərazi sularından kənarda belə vəziyyəti daim nəzarətdə saxladığını bəyan ediblər.