Вернуться назад Распечатать

Sudanda məscidə zərbə endirildi: 43 nəfər öldü

Sudanın Əl-Faşir şəhərində məscidə PUA ilə zərbə endirilməsi nəticəsində azı 43 mülki şəxs həlak olub.

1xeber.media xəbər verir ki, bu barədə "Vaşinqton Post" qəzeti məlumat yayıb.

Bildirilib ki, hücum Çevik Reaksiya Qüvvələri tərəfindən həyata keçirilib.

Belə ki, Əl-Faşir Şimali Darfur əyalətində sonuncu böyük hərbi qaladır. Şəhərin qərb və cənub məhəllələrində döyüşlər şiddətlənib.

Qeyd edilir ki, ÇRQ Əl-Faşrində əvvəllər sülhməramlılar tərəfindən istifadə edilən bazaya daxil olmağı bacarıb.