Вернуться назад Распечатать

Qriqoryan Burcu Sanla görüşdü: Buna hazırıq!

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Türkiyə vətəndaşı olan NATO baş katibinin əməliyyatlar üzrə köməkçisinin müavini Burcu Sanla görüşüb.

1xeber.media xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurası məlumat yayıb.

Qriqoryan görüşdə Ermənistanın ikitərəfli əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu qeyd edib.

Burcu San da Ermənistanın NATO-nun Kosovadakı sülhməramlı missiyasında iştirakının artmasına görə təşəkkürünü bildirib.