"Qazaxıstan, Özbəkistan və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Aral dənizinin qurumasının ətraf mühit və sağlamlığa təsirinin qiymətləndirilməsi üçün memorandum imzalayacaqlar".
1xeber.media xəbər verir k, bu barədə Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova ÜST-nin regional ofisinin direktoru Hans Klüge ilə görüşdən sonra məlumat verib.
“Aral dənizinin qurumasına xüsusi diqqət ayrılmalıdır. Bu istiqamətdə cənab Klüge ilə birlikdə Qazaxıstan və Özbəkistan ərazisində Aral dənizinin qurumasının ətraf mühit və sağlamlığa təsirinin qiymətləndirilməsi üçün ortaq fikirə gəldik. Artıq üçtərəfli memorandum layihəsinin hazırlanmasına başlanılıb,” – deyə nazir vurğulayıb.
Nazir vurğulayıb ki, Kızılorda şəhərində Aral dənizi ilə bağlı problemlərin öyrənilməsi üzrə ÜST ofisinin açılması təşəbbüsü xüsusi önəm daşıyır.