Rusiya təyyarəsi Baltik dənizində Almaniya hərbi gəmisinin üzərindən uçub.
1xeber.media xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib.
O, Rusiyanın bu addımını təxribat hesab edib:
"Putin bizi yoxlayır, NATO ölkələrini təhrik etmək istəyir və o, alyansdakı zəif nöqtələri aşkar edib istifadə etmək niyyətindədir”.