İndiyə qədər tutulan, ölçülən və əsirlikdə saxlanılan ən böyük timsah burundan quyruğa qədər 6,17 metr olan Lolonq olub.
1xeber.media xəbər verir ki, bu barədə "İFLScience" yazıb.
Filippinin Ətraf Mühit və Təbii Sərvətlər Departamentinin məlumatına görə, dəniz timsahı (Crocodylus porosus) olan bu erkək fərd rəsmi olaraq 2011-ci il noyabr ayında ölçülüb, ondan əvvəl isə sentyabr ayında vəhşi təbiətdən tutulub.
Timsahın ələ keçirilməsinin səbəbi yalnız onun nəhəng ölçüsü olmayıb - heyvanun ən azı iki ölümcül (2009-cu ildə bir qız və bir balıqçıya) hücumda və çoxsaylı mal-qara hücumlarında iştirak etdiyindən şübhələnilirdi. Buna son dəlil olmasa da, məsuliyyət dəqiq olaraq Lolonqun üzərinə qoyulub.
Onu ovlamaq asan olmayıb: Məlumata görə, bunun üçün peşəkar ovçulara və yerli hakimiyyətə üç həftə, kəndin 100 sakini və hətta Filippinin cənubundakı Mindanao adasında yerləşən Bunavan qəsəbəsindəki bataqlıqdan həmin çevik olmayan sürünəni çıxarmaq üçün kran lazım olub.
Lolonq qonşu şəhərə aparılıb və xüsusi tikilmiş bir açıq hava sığınacağında saxlanılıb: Burada o, hər beş gündən bir 17 kiloqramdan çox donuz əti yeyib. Nəhəng timsah tezliklə şəhərin ən görməli "sakininə" çevirilib.
Timsaha ov zamanı insultdan vəfat edən yerli ovçu Ernesto Lolonq Konatenin adı verilib.
Heyvanın ölçüsü Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi şəkildə qeydə alınıb. Lolonq uzunluğu 5.48 metr olan Kassius Kley kimi tanınan Avstraliya timsahından "dünyanın ən böyük timsahı" titulunu alıb.
Lolonq əsarətdə çox yaşaya bilməyib: O, 10 fevral 2013-cü ildə ölüb. Heyvan hüquqları müdafiəçilərinin sözlərinə görə, cərrahi yoxlama göstərir ki, timsahın dayaz hovuzu olan beton bir açıq hava hovuzunda yaşamağa məcbur edildiyini və bu, son mərhələdə pnevmoniya, ürək çatışmazlığı, çoxsaylı orqan çatışmazlığı və uyğun olmayan stress reaksiyasından ölümünü sürətləndirib.
Nəşr qeyd edir ki, timsahlar inanılmaz davamlı heyvanlardır, amma Lolonq kimi belə bir qüdrətli nəhəng də təbii yaşayış mühitindən çıxarıldıqda zəif və həssas olduğunu göstərib.