Вернуться назад Распечатать

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

Avropanın aparıcı bankları qlobal rəqəmsal valyuta bazarında ABŞ mərkəzli şirkətlərin hökmranlığına son qoymaq üçün mühüm bir addım atır. 

1xeber.media xəbər verir ki, aralarında ING, "Banca Sella", KBC və "Danske Bank" kimi adların da olduğu doqquz böyük bankın yaratdığı bir konsorsium, avro dəstəkli yeni bir kriptovalyuta (stabılcoin) buraxmaq üçün güclərini birləşdirib.
2026-cı ilin sonlarında bazara çıxarılması planlaşdırılan bu yeni rəqəmsal aktiv, Avropa İttifaqının yaxınlarda qüvvəyə minmiş "Kripto Aktivlər Bazarlarına Nəzarət Qaydası" (MiCA) ilə tam uyğun olacaq. MiCA qaydaları stabıl kriptovalyutaların ehtiyatlar ilə bir-bir dəstəklənməsini məcburi edir və alqoritmik stabıl kriptovalyutaları qadağan edərək bu sahədə təhlükəsizliyi artırmağa hədəfləyir. Bu tənzimləmələr yeni buraxılacaq avro dəstəkli tokenın tamamilə nəzarət oluna bilən və təhlükəsiz olmasını təmin edəcək.
Bu addım, Avropanın rəqəmsal ödəniş bazarında "Thether"in USDT-i və "Circle"ın USDC-si kimi ABŞ mərkəzli stabıl kriptovalyutaların həkimliyinə qarşı bir tədbir kimi qiymətləndirilir. Niderland Mərkəz Bankı tərəfindən nəzarət olunacaq yeni token, Avropanın maliyyə muxtariyyətini gücləndirməyə çalışır. ING Şirkətinin Rəqəmsal Aktivlər üzrə Rəhbəri Floris Lüqt bu layihənin rəqəmsal ödənişlər üçün kritik əhəmiyyət kəsb etdiyini bildirir.
Bu stabıl kriptovalyuta əsasında blokzəncir texnologiyasından güc alacaq və maliyyə əməliyyatlarında aşağı xərcli, ani transfer imkanı təqdim edəcək. Avropadakı istifadəçilər üçün 7/24 əlçatanlıq, təchizatçı ödənişləri və ya əmək haqqı ödənişləri kimi proqramlaşdırıla bilən və avtomatlaşdırılmış əməliyyatların yanında, problemsiz sərhədaşırı transferlər də mümkün olacaq. Bundan əlavə, konsortiumdakı banklar bu yeni tokena sahib istifadəçilərə təhlükəsiz rəqəmsal cüzdanlar və saxlanma xidmətləri kimi əlavə üstünlüklər də təqdim edə biləcək.
Təşəbbüsün qurucuları layihəyə rəhbərlik edəcək bir Baş Direktor təyin etməyi və daha çox bankın iştirakını təmin etməyi planlaşdırır. Konsortium Avropa tənzimləyici orqanlarından tam təsdiq almaq üçün işlərini davam etdirərkən, Avropada rəqəmsal valyutalar sahəsindəki inkişafların da sürətlənməsi mümkün ola bilər.