Вернуться назад Распечатать

Zelenski açıqladı: ABŞ-a bu il dron ixrac edəcəyik!

Ukraynanın dron sənayesi artıq 300-dən çox şirkəti birləşdirir. Bu il biz yeni texnologiyalarımızı ABŞ və digər ölkələrə ixrac etməyə başlamağı planlaşdırırıq.

1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Amerikanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib.

Zelenski hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin əsas prioritet olduğunu və sentyabrın 23-də Ukraynanın ABŞ prezidenti və onun administrasiyasından müsbət siqnallar aldığını vurğulayıb.