Вернуться назад Распечатать

Tehran və Moskva yeni AES-lər tikəcəklər

Tehran və Moskva yeni atom elektrik stansiyaları tikəcəklər.

1xeber.media xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd Eslami bildirib. 

"Rusiya və İran həm böyük, həm də kiçik tutumlu yeni atom elektrik stansiyaları tikmək barədə razılığa gəliblər. “Rosatom”la müvafiq razılaşmalar əldə olunub və biz bu yolu qələbəyə qədər davam etdirəcəyik”, - deyə Eslami Moskvada bildirib.