Вернуться назад Распечатать

Rusiyada qvardiya komandiri saxlanıldı

Rusiyanın Şimali Osetiya-Alaniya Milli Qvardiyasının komandanı Valeri Qolota saxlanılıb.

1xeber.media xəbər verir ki, bu barədə Şimali Osetiya-Alaniya Respublikası Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin rəsmi saytı məlumat yayıb.

Qeyd edilib ki, General Qolota barəsində Rusiya Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi (rüşvət alma) ilə açılmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

Qolota 2021-ci ilin sentyabrında Şimali Osetiya üzrə Rosqvardiya İdarəsinin rəisi təyin edilib. O, dövlət mükafatları olan “İgidliyə görə” ordeni və “İctimai asayişin qorunmasında fərqlənməyə görə” medalı təltif edilib.