Вернуться назад Распечатать

Tramp: HƏMAS irəli sürdüyümüz sülh planını qəbul etməlidir

“HƏMAS bu gün irəli sürdüyümüz sülh planını qəbul etməlidir”.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, dünya Qəzzada müharibəni dayandırmağa və bölgəni yenidən qurmağa çalışdığı bir vaxtda HƏMAS sülh sazişi ilə razılaşmalıdır.

“Bu gün bizim qarşımızdakı HƏMAS-ın 20 mindən çox üzvü öldürülüb. Onların rəhbərliyi üç dəfə öldürüldü. Buna görə də siz həqiqətən son 4-5 il ərzində qarşılaşdığımızdan daha fərqli insanlarla üz-üzəsiniz”,- deyə Tramp bildirib.

Ağ Ev rəhbəri əlavə edib ki, HƏMAS razılaşmanı rədd edərsə, ABŞ İsrailin Qəzzaya müdaxiləsini dəstəkləyəcək