ABŞ prezidenti Donald Tramp Fələstinin bir neçə ölkə tərəfindən tanınmasını "axmaqlıq" adlandırıb.
1xeber.media xəbər verir ki, bu barədə o, Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
"Bir neçə ölkə - bəzi avropalı dostlarımız, müttəfiqlərimiz, yaxşı insanlar- bildiyiniz kimi, ağılsızcasına Fələstin dövlətini tanıdı. Əslində, düşünürəm ki, onlar bunu onilliklər ərzində baş verənlərdən çox bezdikləri üçün edirlər", - deyə Amerika lideri bildirib.