Albaniyanın paytaxtı Tiranada Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim məhkəmə zalında güllələnərək öldürülüb.
1xeber.media xarici KİV-ə istinadən xəbər verir ki, hakim Astrit Kalaja xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Əmlak mübahisəsi ilə bağlı məhkəmə iclasında iştirak edən digər iki nəfər - ata və oğul güllələnib, lakin onlar həyati təhlükəsi olmayan xəsarətlər alıblar.
Polis qətli törətməkdə şübhəli bilinən 30 yaşlı şəxsi saxlayıb. Məlumata görə, şübhəli məhkəmə işini uduzacağını düşündüyü üçün hakimə atəş açıb.
Albaniyanın baş naziri Edi Rama hakim Kalajanın ailəsinə başsağlığı verib.