Вернуться назад Распечатать

Tanınmış memar qızının gözü qarşısında güllələndi

Görkəmli memar və “SUART” şirkətlər qrupunun direktorlar şurasının sədri Aleksandr Suponitski Sankt-Peterburqda qətlə yetirilib.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. 

O, 10 yaşlı qızını məktəbə apararkən güllələnib. 

Məlumata görə, qətldə memarın uzun müddət ədavəti olan 50 yaşlı qonşusu şübhəli bilinir. 

Qətldən sonra hücumçunun binanın ikinci mərtəbəsində yanğın törətdiyi, daha sonra isə intihar etdiyi bildirilir.