Вернуться назад Распечатать

İranı bombalamadan Qəzza razılaşmasına nail olmaq mümkün deyil - Tramp

İranın uranın zənginləşdirilməsi obyektlərini bombalamadan Qəzza zolağında sülhün həlli mümkünsüz olardı.

1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu barədə oktyabrın 13-də İsrail hökumətinin YouTube kanalında yayımlanan Knessetdə (İsrail parlamenti) çıxışında bildirib.

"Biz İranın əsas nüvə obyektlərinə 14 bomba atdıq, onları məhv etdik.

Təsəvvür edək ki, İran güclü nüvə qabiliyyətinə malik olsaydı. Biz bu gün burada olmazdıq", - Tramp deyib.