Вернуться назад Распечатать

Rusiyanın suverenliyi bundan asılıdır - Putin açıqladı

Rusiyanın suverenliyi həm də qərəzsiz məlumat ötürmək bacarığından asılıdır.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin RT kanalının 20 illik yubileyində çıxışı zamanı deyib.

“Uğrunda mübarizə apardığımız, mübarizəmizi davam etdirdiyimiz və həmişə mübarizə aparacağımız Rusiyanın suverenliyi digər məsələlərlə yanaşı, bütün dünyadakı insanlara obyektiv, qərəzsiz məlumat ötürmək qabiliyyətimizdən asılıdır”, - deyə prezident bildirib.