Вернуться назад Распечатать

Gürcüstanda etiraz aksiyalarının 7-ci günü: Rustavelli bağlandı

Gürcüstanın paytaxtı Tbilisidə aksiya iştirakçıları yenidən parlament binasına axışmağa başlayıblar

1xeber.media xəbər verir ki, etirazçılar Rustavelli prospektini artıq bağlayıblar. Onlar Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldırıb.

Parlament binasının hər iki tərəfindəki küçələrə polis qüvvələri səfərbər olunub.

Artıq yeddinci gündür ki, Gürcüstanda etiraz aksiyaları keçirilir.