Rusiya Baş naziri Mixail Mişustin Çinə rəsmi səfər edəcək.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya və Çin hökumət başçılarının görüşü 3 noyabrda, Mişustinin Çin lideri Si Szinpinlə görüşü isə 4 noyabrda baş tutacaq.
Tərəflər “Rusiya–Çin hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığının möhkəmləndirilməsi məsələlərini” müzakirə edəcəklər. Xüsusi diqqət ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə, eləcə də sənaye, energetika, kənd təsərrüfatı və təhsil sahələrində birgə layihələrin inkişafına yönəldiləcək.