Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba istefa verdikdən sonra ABŞ-da iş tapıb.
1xeber.media xəbər verir ki, Harvard Universiteti nəzdindəki Belfer adına Elm və Beynəlxalq Əlaqələr Mərkəzi Kulebanın baş elmi işçi olduğunu elan edib.
Verilən təqdimatda Kuleba “öz nəslinin ən nüfuzlu diplomatlarından biri” adlandırılıb.
O, həmçinin "Ukraynanın xarici siyasətinin və təhlükəsizliyinin aparıcı memarı" kimi təqdim edilib. Harvard Universitetində Kulebanın “diplomatiya, təhlükəsizlik və davamlılığın kəsişməsində” mövzuları üzərində işlədiyi deyilir. Bundan əlavə, Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri avtokratiyalara qarşı mübarizə, davamlı beynəlxalq koalisiyaların qurulması və demokratik institutların gücləndirilməsi strategiyalarını araşdıracaq.
O, tələbələrə, müəllimlərə və təqaüdçülərə seminarlar və mühazirələr oxuyacaq.