Rusiya müdafiə nazirinin müavini vəzifəsində çalışan general-polkovnik Andrey Bulıqa Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Təhlükəsizlik Şurası katibinin müavini təyin edilib.
1xeber.media xəbər verir.
"Andrey Mixayloviç Bulıqa Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilsin və hazırkı vəzifəsindən azad edilsin", - deyə sənəddə bildirilib.
General Bulıqanın yerinə Müdafiə Nazirliyinə Cənub Hərbi Dairəsinin komandanı vəzifəsində çalışan general-polkovnik Aleksandr Sançik təyin edilib. O, həmçinin prezidentin fərmanı ilə, eyni zamanda, əvvəlki vəzifəsindən azad edilib.
Bulıqa Müdafiə Nazirliyində silahlı qüvvələrin maddi-texniki təminatına cavabdeh idi. General daha əvvəl Qərb Hərbi Dairəsində komandan müavini kimi maddi-texniki təminat məsələləri ilə məşğul olub.