1xeber.media xəbər verir ki, bu barədə TFF açıqlama yayıb. 

"Mərc oyunlarında iştirakına görə, 1024 futbolçunun Futbol Disiplin Təlimatının 57-ci maddəsinə əsasən 10 noyabr 2025-dən etibarən tədbirli şəkildə PFDK-ya göndərilməsinə qərar verilib", - məlumatda qeyd olunub. 

Qərarla əlaqədar TFF 2-ci və 3-cü liqa oyunları iki həftə təxirə salınıb, Süper Liqa və 1-ci Liqa matçları isə planlaşdırıldığı kimi davam edəcək.

 Sözügedən futbolçular arasında "Beşiktaş"lı futbolçular Ersin Destanoğlu və Necip Uysal, "Galatasaray"lı futbolçular Eren Elmalı və Metehan Baltacı ile "Trabzonspor"dan Salih Malkaçoğlu və Boran Başkan da yer alıb.