İsrail qoşunları Qəzza zolağının yarıdan çoxunda mövcuddur və anklavlara çatan humanitar yardımın həcmi atəşkəs razılaşmasında nəzərdə tutulanın yalnız yarısıdır.
1xeber.media xəbər verir ki, bunu noyabrın 15-də müsahibəsində Fələstinin Avstriyadakı səfiri və BMT-nin Vyanada daimi müşahidəçisi Salah Abdel Şafi deyib.
"İsrail qoşunları Qəzza zolağının 50%-dən çoxunda mövcuddur. Bu ərazilərdə İsrail sistemli şəkildə binaları, bütöv yaşayış məhəllələrini dağıdıb", - səfir RİA Novosti-yə bildirib.
O, həmçinin vurğuladı ki, gündə 600 yük maşınına çatmalı olan humanitar yardımın həcmi əslində 300-dən azdır. Nəticədə, Zolaq dərman, tibbi ləvazimat və ərzaq çatışmazlığından əziyyət çəkməkdə davam edir.