Fransa kənd təsərrüfatını xilas etmək üçün Fransa Avropa İttifaqından çıxmalıdır.
1xeber.media xəbər verir ki, bunu “Patriotlar” partiyasının lideri Florian Filippo tərəfdarlarının Parisdə keçirdiyi mitinqdə deyib.
Onun sözlərinə görə, kənd təsərrüfatının və Parisin problemlərinin həlli üçün Fransa Avropa İttifaqından çıxmalıdır.
Siyasətçi bildirib ki, ölkə prezidenti Emmanuel Makronun istefası bu məqsədə daha yaxınlaşmağa kömək edə bilər:
“Bu, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin istefasına səbəb olmaqla yanaşı, bizi yoxsulluğa və müharibəyə sürükləyən Avropa İttifaqının çürük sisteminin dəğişməsinə yol açacaq.”
Qeyd edək ki, dekabrın 6-da Ursula fon der Leyen Avropa İttifaqı ilə Cənubi Amerikanın ümumi bazarı olan “Mercosur” arasında Fransa tərəfindən rədd edilən saziş üzrə danışıqların başa çatdığını açıqlayıb.
Eyni zamanda, Ukrayna məhsullarının Aİ zonasına nəzarətsiz idxalı səbəbilə zərər çəkən fransız fermerlər bu razılaşmanın onların iqtisadi maraqlarına əlavə zərbə olacağından narahatdırlar.
Florian Filippo daha əvvəl də Emmanuel Makronun istefasını tələb etmişdi.