Вернуться назад Распечатать

Suriya hökumətinə təhlükəsizlik zəmanəti verildi

Suriya hökuməti silahlılardan təhlükəsizlik zəmanəti alıb.

Bu barədə ölkənin rabitə və texnologiya naziri İyad əl-Xatibi məlumat verib.

O bildirib ki, hökumət üzvləri yaxın iki gün ərzində işə qayıdacaqlar.

Suriyada müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb. Müxalif liderlər isə canlı yayımda rejimin bitdiyini elan ediblər.