Вернуться назад Распечатать

Rusiya çətin vəziyyətlərdə dostlarını satmır-Rusiyadan Əsədlə bağlı rəsmiaçıqlama

Bəşər Əsəd və onun ailəsi Moskvadadır. Rusiya çətin vəziyyətlərdə dostlarını satmır.

1xeber.media xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

O əlavə edib ki, bu, Rusiyanı ABŞ-dan fərqləndirir.

Xatırladaq ki, 8 dekabrda “Heyət Təhrir əş-Şam” Dəməşqi ələ keçirib və Əsəd rejimini devirib. Bəşər Əsəd və ailəsi Rusiyaya sığınıb.