Ukraynada "istəklilər koalisiyası" formatında milli təhlükəsizlik müşavirlərinin görüşü keçiriləcək.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.
"Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov indicə "istəkli" ölkələrin milli təhlükəsizlik müşavirləri ilə yaxın gələcəkdə görüşmək barədə razılaşma haqqında məlumat verdi. Biz yanvarın 3-ü Ukraynada keçirməyi planlaşdırırıq", - o, Telegram kanalında yazıb.
O əlavə edib ki, yanvarın 6-da liderlərin görüşünün keçirilməsi planlaşdırılır. Onun ilkin olaraq Fransada keçirilməsi planlaşdırılır.