Suriya prezidenti Bəşər Əsədin devrilməsi İran üçün “tarixi ölçüdə bir zərbə” oldu.
“The Wall Street Journal”a (WSJ) xəbər verir ki, bu sözləri 2008-2017-ci illərdə İran üzrə ABŞ kəşfiyyatının baş zabiti olmuş Norman Roul deyib.
ABŞ kəşfiyyat zabiti bildirib ki, İsrail "Hizbullah" və SEPAH komandirlərinin bir nəslini məhv etdi, bürokratik şəbəkələri və koordinasiya imkanlarını özləri ilə götürdülər.
"Tehran on ildən artıq vətəndaş müharibəsində Əsədi dəstəkləməsinə baxmayaraq, indi onu açıq şəkildə tərk etdi", - deyə Norman Roul bildirib.