Вернуться назад Распечатать

Görənləri dəhşətə gətirir: Həmin bunker ev


Gündəmin əsas mövzusu Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd və onun ailəsidir.Sosial şəbəkələrdə Əsəd ailəsi haqqında müxtəlif məlumatlar,video görüntülər paylaşılmaqdadır.

1xeber.media xəbər verir ki,müxalif qüvvələr Dəməşqdə Suriyanın artıq keçmiş prezidenti olan Bəşər Əsədin qardaşı Mahir Əsədin evinin altında böyük bir sığınacaq aşkar ediblər.Bununla bağlı görüntülər telegram kanallarında paylaşılıb.

Qeyd edək ki, Mahir Əsəd Suriya Ordusunun 4-cü diviziyasına komandanlıq edib. Bu diviziya Suriyanın müxalif qüvvələrinə qarşı mübarizədə mühüm rol oynayıb.

Tapılan sarayın altında bunker olduğu görünür.

Bina rahat yaşayış üçün təchiz olunub. Videoda qonaq otağı, mətbəx, tualet, eləcə də bankdakı kimi dəmir tonoz qapıları görə bilərsiniz.Videonun müəllifi çoxlu qızıl və silah gördüyünü iddia edir. Şəkildə qızılla cildlənmiş “Quran” da var.

1xeber.media həmin görüntüləri təqdim edir: