Suriyanın keçmiş lideri Bəşər Əsəd Rusiya vətəndaşlığını almalıdır.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlyov bildirib.
Onun sözlərinə görə, ildə təxminən 700 min nəfər Rusiya pasportu alır və onların böyük əksəriyyəti tanınmış insan deyil.
Deputatın fikrincə, əgər Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Rusiya Federasiyasının vətəndaşı ola bilibsə, indiki mənfi münasibətə baxmayaraq, Rusiya üçün xeyli iş görmüş Əsədə də vətəndaşlıq verilməlidir.
Qeyd edək ki, hakimiyyətdən devrildikdən sonra Əsəd ailəsi ilə birlikdə Moskvaya gəlib və orada Prezident Vladimir Putinin birbaşa qərarı ilə sığınacaq alıb.