İrəvan-Nijni Novqorod reysi (“Şirak Air”) 2 saata yaxındır ki, Ermənistan ərazisində dövr edir.
1xeber.media bu barədə erməni mətbuatına istinadən xəbər verir.
“Ciddi problem deyil. Heyətlə əlaqə saxlayırıq. İndi təyyarə Zvartnotsda təhlükəsiz eniş məqsədilə yanacağı sərf edərək lazımi çəkiyə düşmək üçün fırlanır", - deyə "Şirak" Aviasiyasının baş direktoru Levon Karamyan bildirib.
Qeyd edək ki, təyyarədə 117 sərnişin var.
Onun sözlərinə görə, sərnişinlərin təhlükəsiz daşınması üçün hava limanında başqa heyətlə ehtiyat təyyarə gözləyir.