Вернуться назад Распечатать

Süni intellekt artıq kilsəyə də çatdı

Süni intellekt artıq kilsəyə də çatıb.

1xeber.media xəbər verir ki,katolik Kilsəsi süni intellekt əsasında ibadətlərin sinxron tərcüməsi üçün yeni sistem işə salır. Bu sistem möminlərə liturgiyanı eyni anda 60 dildə dinləmək və oxumaq imkanı verəcək.

Bu barədə Engadget məlumat yayıb.

Sistem real vaxt rejimində tərcümə əldə etməyə şərait yaradır. Bunun üçün ziyarətçilərə məbəddə yerləşdirilmiş QR-kodu skan etmək kifayətdir - bundan sonra smartfonda seçilmiş dildə liturgiyanın audio və mətn tərcüməsi olan veb-səhifə açılır.

Layihə maşın tərcüməsi texnologiyasına əsaslanır. Bu texnologiya süni intellekt alqoritmlərini yüz minlərlə peşəkar, ana dili daşıyıcısı olan tərcüməçilərin bilik bazası ilə birləşdirir.

Beləliklə, tərcümənin yüksək dəqiqliyi və sinxronluğu təmin edilir.

Vatikanda bildirirlər ki, layihənin məqsədi ənənələri qorumaqla yanaşı, müasir texnologiyalardan istifadə edərək müxtəlif millətlərdən olan möminləri bir araya gətirmək və ibadətdə iştirakı dilindən asılı olmayaraq daha anlaşılan etməkdir.

Gözlənilir ki, süni intellekt əsaslı tərcümənin tətbiqi dünyanın müxtəlif ölkələrindən gələn milyonlarla zəvvar üçün dini mərasimlərə çıxışı genişləndirəcək.