Вернуться назад Распечатать

Zurabişvili prezident sarayından çıxmasa nə olacaq? – Kobaxidze açıqladı

“Zurabişvili Mixail Kavelaşvilinin ölkə rəhbəri seçilməsini tanımasa da, prezident sarayını tərk etməlidir”.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O bildirib ki, yeni prezidentin andiçmə mərasimi iki həftədən sonra keçiriləcək. Ona görə də, Zurabişvili postunu tərk etməli olacaq.

Məlumat üçün bildirək ki, Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək. Qanuna əsasən həmin vaxt Zurabişvili öz iqamətgahını yeni dövlət başçısına təhvil verməlidir. Ancaq Salome Zurabişvili bu addımı atmayacağını bəyan edib.